Zərdabda qanunsuz ov edən 6 nəfər saxlanıldı


Polis əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.



Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 27-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun İsaqbağı kəndi ərazisində qanunsuz ov edən 6 nəfər saxlanılıb. Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu