Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı


Goranboy rayonunda qanunsuz ov edən şəxslər aşkarlanıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AFN-ə verilən məlumata görə, rayonun Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib.

RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmayan İJ markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Hər iki faktla bağlı araşdırma davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu