Daha bir şəhid oğluna atasının adı qoyuldu - VİDEO


Vətən Müharibəsi şəhidi, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanovun ilk övladı dünyaya gəlib.



"Qafqazinfo" xəbər verir ki, R.Qurbanov döyüşə gedərkən yoldaşı hamilə olub. Bir neçə gün əvvəl isə Bakıda klinikaların birində şəhidin oğlu dünyaya gəlib. Körpəyə atası Ruslanın adı qoyulub.

Ailəsi onu Biləsuvar rayonunun Ağalıkənd kəndinə aparıb.

Ruslan Qurbanov ölümündən sonra Prezidentin sərəncamı ilə "Vətən uğrunda” və "Kəlbəcərin azad edilməsi uğrunda” medalı ilə təltif edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu