"Millennium Tourism" yeni ofisini açdı-VİDEO


İyunun 8-də «Millennium Tourism & Congress» şirkətinin yeni ofisinin təqdimat mərasimi keçirilib.

Turizm ictimaiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, xaricdən gəlmiş qonaqların, millət vəkillərinin qatıldığı mərasimdə çıxış edən şirkətin baş direktoru Ruslan Quliyev bu günün onlar üçün əlamətdar olduğunu söyləyib. Bildirib ki, "Millennium Tourism" 10 ildir fəaliyyət göstərir. Şirkətdə 10-15 il və daha çox iş təcrübəsi olan əməkdaşlar çalışır.

"Millennium" kompleks şəkildə xidmətlər təklif edir:

"Azərbaycan turizminin inkişafına hər zaman öz töhfəsini verməyə çalışan şirkətimiz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan bir sıra beynəlxalq və ölkədaxili layihələrdə yaxından iştirak edir. Eyni zamanda da özümüz "Azərbaycanda alman məskənləri", "Uzunömürlülər marşrutu", "Polyak izləri" və s. kimi beynəlxalq marşrutların fəal təbliğatçısıyıq. Avropa Oyunları ilə bağlı şirkətin əməkdaşları operativ iş rejimində işləyirlər. Hətta həftəsonları növbəli sistemə keçmişik. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə ölkəmizə gələn qonaqların Azərbaycanın regionları və paytaxtımızla yaxından tanış ola bilməsi üçün çeşidli turproqramlar işləyib hazırlamışıq. Şirkətimiz həm xarici, həm də daxili turizm fəaliyyəti ilə məşğuldur. Xarici ölkələrə istirahət, sağlamlıq və işgüzar turizm məqsədilə səfərlər təşkil edirik" - deyə R.Quliyev bildirib.

Milli Məclisin deputatları Aqil Abbas, İlham Məmmədov, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev çıxışlarında bildiriblər ki, "Millennium" şirkəti ilə əməkdaşlıq çərçivəsində dünyanın bir çox ölkələrinə səfər ediblər və hər zaman da göstərilən xidmətdən, diqqət və qayğıdan məmnun qalıblar.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd edib ki, "Millennium" turizm şirkəti həmişə peşəkarlığı, yüksək xidmət səviyyəsi və aktiv fəaliyyəti ilə fərqlənib. Nazirlik rəsmisi şirkətin yeni ofisə köçməsi ilə işindəki keyfiyyəti daha da artıracağına inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyniyə, Milli Məclisin deputatları Aqil Abbasa, İlham Məmmədova, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevə və Latviyanın Azərbaycandakı səfirliyinin nümayəndəsinə "Millennium Tourism & Congress" şirkəti ilə uzunmüddətli əməkdaşlığa görə təşəkkürnamə təqdim edilib. Tədbir ziyafətlə yekunlaşıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu