AFN.AZ / Səngəçal qaz kəmərindəki partlayışa

Səngəçal qaz kəmərindəki partlayışa

SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
10-01-2017, 23:43
Geri qayıt