AFN.AZ / Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yandı

Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yandı

Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb.

Belə ki, rayonun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

Virtualaz.org bildirir ki, xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.
11-01-2017, 13:10
Geri qayıt