AFN.AZ / Xalik Məmmədovun dindirilməsi xəbəri yalan çıxdı

Xalik Məmmədovun dindirilməsi xəbəri yalan çıxdı

"Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumat tamamilə əsassızdır".

Bu, SOCAR-ın mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumatda qeyd olunub ki, SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. "Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar".
11-01-2017, 17:30
Geri qayıt