AFN.AZ / “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”ndə ciddi nöqsanlar var

“Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”ndə ciddi nöqsanlar var




Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.




Nazirlikdən verilən məlumata görə, audit yoxlaması zamanı Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
19-06-2017, 19:27
Geri qayıt