AFN.AZ / İsti hava şəraiti ayın 10-dək davam edəcək

İsti hava şəraiti ayın 10-dək davam edəcək



Ölkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-dək davam edəcək.

Bu barədə AFN-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib.
O bildirib ki, paytaxtda cənub-şərq küləyinin üstünlüyü müşahidə ediləcək.

“Sabah Bakıda havanın temperaturu 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, bölgələrdə isə 35-40 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq ərazilərdə isə 29-34 dərəcə isti gözlənilir"-nazirlik rəsmisi deyib.
8-08-2017, 11:29
Geri qayıt