AFN.AZ / “Lukoil”in benzindaşıyan maşını ölüm saçdı-

“Lukoil”in benzindaşıyan maşını ölüm saçdı-



Yanacaq daşıyan avtomobilin sürücüsü təhlükə yaradaraq sürət həddini aşıb



Bakıda “Lukoil” yanacaqdoldurma məntəqələrinə məxsus yanacaq daşıyan avtomobili idarə edən sürücü insanların həyatını təhlükəyə atıb. Hadisə avqustun 8-də “Dərnəgül yolu”nda – Ziya Bünyadov prospektində baş verib. Bu barədə Avtosfer.az-a oxucular videogörüntü göndərib. Videodan aydın olur ki, 10 ZH 844 dövlət nömrə nişanlı, yanacaq daşıyan yük avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü sağ-sol manevrlər edərək təhlükəli yerdəyişmələr edir, qəza şəraiti yaradır.

Ümid edirik ki, DYP və “Lukoil” rəhbərliyi yanacaq daşıyan avtomobili idarə edən sürücüyə insanların həyatı ilə oynamasının cəzasını verəcəklər.



[media=https://www.youtube.com/watch?v=3CCdH0bUZHo]

[media=https://www.youtube.com/watch?v=o60Nn9I2WYM]
21-08-2017, 11:50
Geri qayıt