AFN.AZ / Nazirlik abituriyentlərə müraciət etdi

Nazirlik abituriyentlərə müraciət etdi



Səhiyyə Nazirliyi Azərbaycan Tİbb Universitetində tələbə adını qazanmış abituriyentlərə müraciət edib.



Nazirlikdən verilən məlumata görə, avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə başlanıb. Sənəd qəbulunun sadə keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, forması əvvəlcədən ATU-nun rəsmi internet saytında və Facebook səhifəsində yerləşdirilib. Tələbə adını qazanan gənclər qeydiyyata dair suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar.

Eyni zamanda, abituriyentlər universitetdə qeydiyyatla bağlı yaradılmış Qaynar Xətt telefon nömrəsi ilə də əlaqə saxlamaqla onları maraqlandıran məsələlərə aydınlıq gətirirlər.

I kurs tələbələrinin qeydiyyatı avqustun 25-ə qədər davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır.
21-08-2017, 12:05
Geri qayıt