AFN.AZ / AKP Trabzon təşkilatının sədri Azərbaycandan gəlin apardı

AKP Trabzon təşkilatının sədri Azərbaycandan gəlin apardı



Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AK parti) Trabzon təşkilatının sədri Heydər Revinin qardaşı oğlu Loğman Revi azərbaycanlı xanımla ailə qurub. Bir müddət öncə H. Revinin qardaşı oğlu üçün Azərbaycana elçiliyə getdiyi bildirilirdi.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, elçilik mərasimindən sonra Azərbaycanda qız toyu baş tutub. Lakin ötən gün Akçaabatda ikinci dəfə geniş toy mərasimi keçirilib.

Toyda Akçaabat bələdiyyəsinin sədri Əmrə Akgün və digər tanınmış şəxslərin iştirak etdiyi bildirilir.
13-09-2017, 15:11
Geri qayıt