AFN.AZ / ATMU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib-

ATMU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib-



Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017-2018 – ci tədris ilində əcnəbi və o cümlədən mübadilə proqramları çərçivəsində təhsil almaq şansı qazanan tələbələrlə görüş keçirilib.



ATMU-nun rektoru İlham Mədətov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, İnkişaf məsələləri üzrə prorektor İranə Əliyeva, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, o cümlədən Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və müvafiq struktur rəhbərlərinin iştirak etdiyi tədbirdə universitetin fəaliyyət strategiyası barədə əcnəbi tələbələrə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu tədris ilindən universitetdə ölkə vətəndaşları ilə bərabər, ilk dəfədir ki, Özbəkistan Respublikasından 2 nəfər əcnəbi tələbə turizm otelçilik ixtisası üzrə bakalavr və magistratura pilləsinin rus bölməsində təhsil alacaq.

Eyni zamanda universitetin iştirak etdiyi beynəlxalq təhsil proqramları və ikitərəfli əməkdaşlıq müqavilələri əsasında Türkiyə Respublikasının Kastamonu Universitetinin 2 nəfər tələbəsi Mövlanə Mübadilə proqramı çərçivəsində, 1 nəfər isə ATMU ilə Kastamonu, həmçinin Rusiya Federasiyasının Rostov şəhərində yerləşən Cənub Federal Universiteti arasında bağlanan əməkdaşlıq müqaviləsi əsasında bakalavr pilləsinin rus bölməsində turizm və otelçilik ixtisası üzrə təhsil alacaqdır. Tələbələr 3 və 4 –cü kursun ilk semester dərslərini tamamladıqdan sonra təhsillərini öz universitetlərində davam etdirəcəklər.





23-09-2017, 10:35
Geri qayıt