AFN.AZ / Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-



Qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva Kırşehirdə Qazilər Günündə geniş çıxış edib.



Millət vəkili eyni zamanda Kırşehirin tanınmış QHT və KİV rəhbərləri ilə, gənclər və qadın təşkilatları görüşüb və televiziyaların canlı yayımlarına qonaq olub, mətbuat nümayəndələrinə Azərbaycanla bağlı geniş müsahibələr verib və sualları cavablandırıb. Qazilər Günündə Qarabağla bağlı geniş çıxış edən Q.Paşayeva Kırşehirin tanınmış QHT və KİV rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, KİV, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər və müsahiblər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, KİV, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Q. Paşayeva Kırşehirin QHT, KİV, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.












23-09-2017, 14:48
Geri qayıt