AFN.AZ / Zaqatalada baş verən meşə yanğını söndürüldü

Zaqatalada baş verən meşə yanğını söndürüldü



24 sentyabr 2017-ci il tarixində saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın 25 sentyabr 2017-ci il tarixində səhər saat 06:45 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.



Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
25-09-2017, 10:26
Geri qayıt