AFN.AZ / Sabaha olan hava

Sabaha olan hava

Sabaha olan hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.



Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
12-10-2017, 13:29
Geri qayıt