AFN.AZ / Aslan İsmayılov barəsində cinayət işi başlanılıb

Aslan İsmayılov barəsində cinayət işi başlanılıb

Aslan İsmayılov barəsində cinayət işi başlanılıb


Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanılıb. Bu barədə A.İsmayılov öz “Fasebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Binəqədi Rayton Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xiliqanlıq) maddəsi ilə cinayət işi açılıb: "Bu dəqiqələrdə Binəqədi Rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi Rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacağam".
16-10-2017, 13:50
Geri qayıt