AFN.AZ / Nazir şöbə müdirinə "ərizəni yaz, işdən çıx" deyib?-

Nazir şöbə müdirinə "ərizəni yaz, işdən çıx" deyib?-

Nazir şöbə müdirinə "ərizəni yaz, işdən çıx" deyib?-


Oktyabdın 16-da Təhsil naziri Füzuli rayonunda Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu və işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Görüşdə iştirak edən etibarlı mənbənin AFN-ə verdiyi məlumata görə, qəbula gələnlər sırasında Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova da olub: "Vətəndaşlar onun qanunsuz hərəkətlərindən nazirə şikayət etdilər. Mikayıl Cabbarov təhsil şöbəsinin müdiri ilə bağlı çox saylı şikayətləri dinlədikdən sonra yerində qərar qəbul etdi. O, Xuraman Rüstəmovaya ərizəsini yazaraq işdən çıxmasını tapşırdı".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
18-10-2017, 01:38
Geri qayıt