AFN.AZ / ATMU-da “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib

ATMU-da “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib

ATMU-da “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib


27 oktyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin Doktorantura və əlavə təhsil şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda 3-cü respublika elmi konfransı keçirilib. Tədbiri çıxış nitqi ilə açan ATMU-nun rektoru İlham Mədətov konfransın təşkilini yüksək qiymətləndirib.Konfransda ölkəmizin müxtəlif ali təhsil müəssisələrində çalışan alim və mütəxəssislərin,o cümlədən doktorant və magistrantların iştirak etdiyini diqqətə çatdırıb.



Plenar iclasda ATMU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov “Azərbaycanın dövlət idarəçiliyinin peşəkar kadrlarla təminatının tarixi haqqında”, Doktorantura və əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli “Xalq yaradıcılığında idarəetmənin keyfiyyət problemlərinə baxış”, “Marketinq” kafedrasının müdiri i.ü.f.d Anar Eminov “Müasir dövrdə təhsil sahəsinin investisiya təminatı və gəlirliyinin təhlili”, ATMU-nun dosenti Zaur Bağırov “К вопросу пассионарности в совокупной системе” mövzularda çıxışlarını konfrans iştirakçılarının diqqətinə çatdırdılar.

Qeyd etmək lazımdır ki, konfransa 22 məruzə təqdim olunub. Müvafiq bölmələrdə dinlənilən məruzələrin əhəmiyyəti nəzərə alınaraq çap edilməsi tövsiyyə olunub. Məruzələr əsasən “Dövlətin və bələdiyyənin idarə edilməsi”, “Sosial-iqtisadi sahələrin idarə edilməsi”, “Təhsil və mədəniyyətin idarə edilməsi”, “Biznes idarəçiliyi, idarəetmədə hüquq problemləri”, “İdarəetmədə multikultural dəyərlər”, “Turizm və xidmət sahələrinin idarə edilməsi” mövzularını əhatə edib.

Məruzələrdə diqqət müasir dövrdə yuxarıda adı qeyd olunan sahələrin idarəedilməsində yol verilən nöqsanların müəyyənləşdirilməsi, aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün hazırlanması, idarəetmə sahəsinə yeniliklərin tətbiqi istiqamətində perspektiv imkanların araşdırılması, o cümlədən idarəedicilərə çatdırılmasına yönəlmişdir.

ATMU-da “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib

ATMU-da “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib
30-10-2017, 10:27
Geri qayıt