AFN.AZ / Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-


Göryçay rayonu Nizami küçəsinin sakinləri yaşadıqları ərazidəki durumdan narazıdırlar.

30-a yaxın sakinin redaksiyamıza göndərdiyi şikayət məktubunda rayonun icra başçısı Mehdi Səlimzadənin işi tənqid olunur. Sakinlər bildirirlər ki, M.Səlimzadə rayonda abadlıq-quruculuq işlərinə biganə yanaşır. Saklinlərin media vasitəsilə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya da ünvanladıqları müraciətdə daha sonra deyilir: "Yaşadığımız Nizami küçəsi, dalan 14-ün yolu çox bərbad gündədəir ki, burada nəinki piyadalar, hətta avtomobillər belə çətinliklə hərəkət edir. Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar ümumiyyətlə məktəbə gedə bilmir. Küçəyə asfalt örtüyü çəkilməsi üçün Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə dəfələrlə ərizələrlə müraciət etmişik, sakinlər bir yerdə qəbulunda olmuşuq, ancaq heç bir tədbir görmək istəmir. Nizami küçəsi şəhərin mərkəzində yerləşir. Ancaq laqeyidlik nəticəsində ən ucqar kəndin yolundan da pis vəziyyətdədir. Buna görə də biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Göyçay şəhəri Nizami küçəsi dalan 14-ün yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz".

Məktubu Göyçay rayonu, Nizami küçəsi dalan 14-ün aşağıda adları çəkilən sakinləri imzalayıblar:

1. Qurbanov Anar Elton oğlu əlaqə telefonu; (055) 717-54-45
2. Qasımov Elman Fərman oğlu
3.Məhərrəmov Ruslan Məhərrəməli oğlu
4.Zülfüqarova Şərqiyyə Əlisahib qızı
5. Qədirov Rəhim Bəşir oğlu
6. Məmmədov Rahil Firuddin oğlu
7. Həsənov Orxan Fikrət oğlu
8. Umudova Fatma Musa qızı
9. Qasımova Dilşad İbrahim qızı
10. Məmmədov Anar Müşfiq oğlu
11. Umudov Əziz Talıb oğlu
12. Əliyeva Sitarə Muxtar qızı
13. Qasımov Siyavuş Fərman oğlu
14. Adilova Xuraman Ağaələkbər qızı
15. Məmmədova Sədəf Rumxan qızı
16. İbrahimova Yavər Ata qızı
17. Qurbanov Şaiq Faiq oğlu
18. Məmmədova Göyçək Şakir qızı
19. Məmmədova Qızxanım Rəsul qızı
20. Məmmədova Xəzangül Məmməd qızı
21. Məmmədov Ramil Rahil oğlu
22. Məmmədova Səhər Usub qızı
23. Məmmədov Müzəffər Mövlan oğlu
24. Məmmədova Ayşən Rahil qızı
25. Qasımova Fatma Qulam qızı
26. Məmmədova Qələmnaz Rəşid qızı
27. Məhərrəmova Zəminə Həmzə qızı
28. Qurbanov Elton Faiq oğlu
29. Qurbanova Şəhanə Faiq qızı

Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-

Göyçayın mərkəzində kənd yolu-

13-11-2017, 15:48
Geri qayıt