AFN.AZ / Sabaha olan hava

Sabaha olan hava

Sabaha olan hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.



Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
14-11-2017, 12:51
Geri qayıt