AFN.AZ / “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başlayıb-

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başlayıb-

“Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 14 noyabr 2017-ci il tarixində öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələrini kompleks şəkildə təqdim etmək üçün dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onlar arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var.

“Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdirilir.

8-ci Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir.

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 16 noyabr 2017-ci il tarixinədək davam edəcək.

14-11-2017, 13:43
Geri qayıt