Artıq 4-cü ildir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əskərovun oğlu Kürdoğlu Əskərov Azinforum.az-ın qonağı olub və maraqlı müsahibə verib.
Qeyd edək ki, hazırda girovluqda saxlanılan iki vətandaşımız – Şahbaz Quliyev və Dilqəm Əskərov erməni işğalı altında olan öz ata-baba yurdlarını ziyarət edən zaman girov götürülüblər və qondarma qurumun keçirdiyi məhkəminin saxta qərarına əsasən ağır cəzalara məhkum ediliblər.
Kürdoğlu Əskərovla olan müsahibəni təqdim edirik.