AFN.AZ / Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr – 06 dekabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının 30 – cu Assambleyasının sessiyasında iştirak edib.



Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil – qərargahında keçirilən iclasda Assambleyanın prezidenti və vitse-prezidentləri seçilib, etimadnamə komitəsi və digər komitələr yaradılıb, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017 – ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələr dinlənildi.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017 – ci ilin 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Qüdrət Qurbanov çıxış etdi. Dövlət Dəniz Administrasiyasının rəisi bildirdi ki, audit yoxlamanın nəticələrinə əsasən Azərbaycan Respublikası 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub. Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğuladı ki, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.

Audit yoxlamasından uğurla çıxan Azərbaycan Dövlət Dəniz Administrasiyasının qazandığı müsbət nəticələr Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb oldu. Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Belarus və Ukraynanın təmsilçiləri Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini və tezliklə geniş nümayəndə heyəti ilə ölkəmizə səfər edəcəklərini bildirdilər. Qeyd edək ki, Türkmənistan Respublikasının Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəhbərliyi də noyabr ayında bu məqsədlə Azərbaycana səfərə gəlmişdi.

İclasda 2017 – ci ildə keçirilən digər audit yoxlamaların nəticələrinə dair məlumatlar verildi, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatı, Beynəlxalq Dəniz Təşkilatının təlim – tədris mərkəzlərinin hesabatları, 2016 və 2017 – ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatlar dinlənildi.

Uzun illər ərzində Beynəlxalq Dəniz Təşkilatına verdiyi töhfəyə görə, seçilən karyera sahibi, 4 il ərzində Beynəlxalq Dəniz Təşkilatının baş katibi olmuş cənab Koji Sekimizuya 2016 – cı il üçün nüfuzlu Beynəlxalq Dəniz Mükafatı təqdim edildi. Mükafatı Beynəlxalq Dəniz Təşkilatın Baş Katibi Kitak Lim təqdim etdi.

Assambleyanın iclasının gedişində “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyanın 16 – cı və 17 – ci maddələrinə uyğun olaraq növbəti iki illik müddətə Beynəlxalq Dəniz Təşkilatının Şurasına seçkilər keçirildi. Nəticələrə əsasən A kateqoriyası üzrə 10, B kateqoriası üzrə 10, C kateqoriyası üzrə 20 dövlət seçildi.

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycan təcrübəsindən yararlanmaq istəyir-
7-12-2017, 12:52
Geri qayıt