AFN.AZ / Xalça Muzeyi mükafata namizəd olub

Xalça Muzeyi mükafata namizəd olub

Xalça Muzeyi mükafata namizəd olub


Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi – 2018” mükafatının seçim mərhələsini keçib və hazırda bu mükafata namizəddir.

Azərbaycanla bərabər, 40 namizəd muzey arasında Böyük Britaniya, Türkiyə, İsveç, Niderland, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Poruqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya var. Qalibin müəyyən olunması və mükafatın təqdim olunma mətrasimi gələn ilin may ayında Varşavada baş tutacaq.

“Avropanın ən yaxşı muzeyi” mükafatı Avropa muzey forumunun əsas layihəsidir, bu mükafatı “Muzey Oskarı” da adlandırırlar. Avropa Muzey Forumu müstəqil qeyri-kommersiya təşkilatıdır. Böyük Btirtaniyada xeyriyyəçi fond kimi qeydiyyata alınan təşkilat muzeylərdə innovasiyaların inkişafına həsr olunan və Avropa məkanında peşəkar təcrübə və ideyaların mübadiləsini həyata keçirən qurumdur. Avropa Şurasının himayəsi altında fəaliyyət göstərən təşkilat Avropa muzeylərinin sosial keyfiyyətinin inkişafına yönəlmiş ən aparıcı avropa təşkilatlarından biridir.

“Avropanın ən yaxşı muzeyi” layihəsi muzey innovasiyaları və yeni layihələr müsabiqəsi kimi nəzərdə tutulur. Münsiflər heyətinə muzey sahəsi üzrə peşəkar mütəxəssislər, jurnalistlər, dizaynerlər daxildir. Münsiflər muzeylərin kolleksiyalarına deyil, onların təqdimatı və interpretasiyası, auditoriya ilə iş, həmçinin ziyarətçilərə münasibət məsələlərinə diqqət verirlər. “Avropanın ən yaxşı muzeyi” adına son üç ildə açılmış və yaxud son üç il ərzində yenidən qurulmuş və ya öz fəaliyyət proqramını genişləndirən muzeylər iddia edə bilər, öz namizədliklərini verə bilərlər.

Avropa Muzey Forumu muzeylərin ictimai məsuliyyətinin dəyərini vurğulayır və öz illik mükafat sistemi sayəsində yüksək peşəkarlığı təşviq edir. Bu mükafatlardan ən başlıcası “Avropanın ən yaxşı muzeyi” mükafatıdır, bu, öz-özlüyündə qran-pri və Avropa Şurasının muzey mükafatı hesab olunur. Bu mükafat 1977-ci ildə təsis olunub.

2010-cu ildə müsabiqənin iki əsas mükafatına daha ikisi əlavə olunub. Bunlar Kennet Hudson xüsusi mükafatı muzeylə bağlı ənənəvi ideyaları qabardan namizədklərə təqdim edilib və Silletto mükafatı muzeyin yerli ictimaiyyətlə innovativ fəaliyyəti üçün.
7-12-2017, 20:32
Geri qayıt