AFN.AZ / İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək


25 dekabr 2017-ci il tarixinədək Astara (İran)- Astara (Azərbaycan) dəmiryolunun istifadəyə verilməsi planlaşdırılır. Bu barədə İran Dövlət Dəmir Yolları İdarəsinin rəsmisiAbbas Nəzəri məlumat verib.



“İranın və Azərbaycanlın eyni adlı Astara şəhərlərini birləşdirəcək Astara-Astara dəmir yolu 25 dekabr 2017-ci il tarixi üçün istifadəyə veriləcək”, - deyə İran.ru saytı Abbas Nəzərinin sözlərindən sitat gətirib.

O bildirib ki, İran və Azərbaycan arasında gömrük prosedurları və vizaların verilməsi, İranın Astara şəhərində yük terminalının istifadəsi ilə bağlı məsələlər artıq müzakirə olunub.

Astara-Astara dəmir yolu İranın dəmir yollarını Azərbaycanın dəmir yolu sistemi ilə birləşdirən “Şimal-Cənub” layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 km təşkil edir. Bunun 8 km-i Astara şəhərindən İranla sərhədin, 2 km-i sərhəddən İranın Astara şəhərinin payına düşür.

O cümlədən, layihəyə sərhəd boyu axan Astaraçay üzərində körpünün tikintisi daxildir.
14-12-2017, 21:14
Geri qayıt