Əsas Səhifə > Xəbər / Son Dəqiqə > Vəkilliyə qəbul imtahanının vaxtı açıqlandı

Vəkilliyə qəbul imtahanının vaxtı açıqlandı


12-01-2018, 14:15.
title}
Vəkilliyə qəbul imtahanının vaxtı açıqlandı


Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu başa çatıb.

Vəkillərin İxtisas Komissiyasından verilən məlumata görə, sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub. Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur.

İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub.

Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilib.(Azvision)
Geri qayıt