AFN.AZ / Eldar Əzizov Bayıl məktəblərindən sürüşmə zonası sakinlərinə yardım adı ilə pul yığdırır-

Eldar Əzizov Bayıl məktəblərindən sürüşmə zonası sakinlərinə yardım adı ilə pul yığdırır-

Eldar Əzizov Bayıl məktəblərindən sürüşmə zonası sakinlərinə yardım adı ilə pul yığdırır-


Bayıldakı orta məktəblərdən sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılır.

Bu barədə AFN-ə verilən məlumatda bildirilir ki, ərazidə fəaliyyət göstərən məktəblərdə şagirdlərdən 50 qəpik, müəllimlərdən isə 20 manat məbləğində pul istənilib: “Birbaşa icra başçısının göstərişidir deyirlər. Guya sürüşmə zonasından köçürülüb 163 saylı orta məktəbdə və qohum-tanış evlərində məskunlaşdırılan ailələrə yemək-içmək almaq üçün yardım edilir”.
Qeyd edək ki, həmin faktı ərazidə yaşayan ictimai-fəal insanlar da sosial şəbəkələrdə işıqlandırıblar. AFN-in araşdırması zamanı isə məlum olub ki, bu hal Bayılda yerləşən 51, 91, 203, 49 saylı məktəblərdə baş verib.
Məsələ ilə bağlı araşdırma aparılacaq.

FƏRİD
6-02-2018, 13:54
Geri qayıt