AFN.AZ / Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu


Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

Bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Bildirilib ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.

İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.

Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi. (Trend)
12-02-2018, 21:24
Geri qayıt