AFN.AZ / Vətəndaşlar bələdiyyələrin daha fəal olmasını istəyir-

Vətəndaşlar bələdiyyələrin daha fəal olmasını istəyir-

Vətəndaşlar bələdiyyələrin daha fəal olmasını istəyir-


Bu gün bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsində problemlər yaşanır, bir sıra problemlər də məhz bundan qaynaqlanır ona görə də bu məsələnin öz həllini tapması lazımdır.



Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “Bələdiyyələrin statusu” Qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat vurğulayıb ki, kənd yerlərində bir çox bələdiyyələr ya öz səlahiyyət və vəzifələrini yaxşı bilmirlər və ya görməli olduqları işlə bağlı icra qurumunun nə qərar verəcəyini gözləyirlər. “Bu bələdiyyələrdən hansısa məsələsinin niyə həll edilmədiyini soruşanda icra hakimiyyətinin məsələyə münasibətini gözlədiklərini bildirirlər. Bu, düzgün deyil. Bu problem aradan qaldırılmalıdır və bələdiyyələr üzərlərinə düşən vəzifələrin həllində və vətəndaşların üzləşdikləri problemlərin həllində daha fəal olmalıdırlar. Bələdiyyələrin maarifləndirilməsi istiqamətində görülən işləri dəstəkləyirik. Çünki təssüf ki bəzi bələdiyyələr üzərlərinə düşən vəzifələri belə yaxşı bilmirlər və vətəndaşların da haqlı olaraq narazılığı yaranır. Bələdiyyələrin fəaliyyətinin daha da genişlənməsinə mane olan amillərdən biri də maliyyə problemləridir. Ona görə də bələdiyyə torpaqlarının daha səmərəli idarə olunması məsələsi əsas diqqətdə olmaldır, eyni zamanda yerli vergilərin yığılmasına əngəl olan məsələlər təcili olaraq həllini tapmalıdır. Çünki vətəndaşlarımızın bələdiyyələrdən çox gözləntiləri var və onlar doğrulmayanda narazılıqlar da yaranır. Vətəndaşlardan bələdiyyələrin fəaliyyəti ilə bağlı gələn narazılıqların sayının azalması üçün çalışmalar artmalıdır. Eyni zamanda vətəndaşların müraciət və şikayətləri əsasında tez zamanda araşdırmaların geniş aparılması və onların hüquqlarının bərpası istiqamətində də işləri genişləndirməliyik. Ümid edirəm ki bu sahəyə nəzarət edən orqanın hər il fəaliyyətinin daha da genişlənməsi bu istiqamətdə bəzi problemlərin həllini azaldacaq. Bələdiyyə institutunun fəaliyyətinin genişlənməsi bölgələrdə çox vacibdir və onlar öz üzərlərinə düşən vəziflərin yerinə yetirilməsində, vətəndaşların üzləşdiriyi problemlərin həllində fəal olmalı, bir sıra layihələrin həyata keçirilməsi istiqmətində təşəbbüskarlığı gücləndirməlidirlər”.
13-02-2018, 23:49
Geri qayıt