AFN.AZ / Beyləqanda məmur çəkişməsi…-

Beyləqanda məmur çəkişməsi…-

Beyləqanda məmur çəkişməsi…-


Beyləqan rayonunda Subartezian Quyularının İstismarı İdarəsinin müdiri icra başçısının istədiyi “hesabı” ödəməkdən imtina etdiyi üçün təzyiqlərə məruz qalır.



Rayondan milliyol.az-a verilən məlumata görə, Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Möhübbət Heydərovla icra başçısı Vaqif Abdullayev arasında “soyuq küləklər” əsir. İddia edilir ki, həyata keçirdiyi maxinasiyalar sayəsində “kiçik oliqarxa” çevrilən Möhübbət Heydərov pul üstündə başçı ilə üz-üzə qalıb. İdarə müdirinin yaxın adamlarının verdiyi məlumatda qeyd edilir ki, icra başçısı ondan Beyləqanda tikintisinə başlanılan Tarix Muzeyi üçün pul tələb edib. Başçısının qanunsuz tələbini maddı sıxıntıları olduğu üçün təmin edə bilməyəcəyini deyən Möhübbət Heydərov “qara siyahı”ya salınıb.

Mənbə bildirir ki, əslində Möhübbət Heydərov Vaqif Abdullayevin istədiyi pulu vermək gücündədir. Sadəcə olaraq, Beyləqanda idarə müdirləri icra başçısının saxta təmir-tikinti “siyasətindən” cana doyublar. Məhz buna görə Möhübbət Heydərov Vaqif Abdullayevin göstərişini geri çevirərək istədiyi pulu verməkdən imtina edib.

Qeyd edilir ki, Möhübbət Heydərov icra başçısının göstərişini geri çevirəndən sonra Vaqif Abdullayev onun gününü “qara” edib. Belə ki, başçı hər tədbirdə idarə müdirini tənqid edir, ona qarşı vətəndaşların şikayətlərini dilə gətirir. Hətta onu tutduracağı ilədə hədələyir.

İddiaya görə, Möhübbət Heydərov da etdiyi hərəkətdən peşman olaraq başçı ilə barışmaq istəyir. Ancaq Vaqif Abdullayev idarə müdirini hələ ki, yaxınına buraxmayaraq, onu ciddi təziq altında saxlayır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
14-03-2018, 14:04
Geri qayıt