Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə / Banner / Müsavat > Bakıda yol polisi jurnalistləri təhqir etdi-

Bakıda yol polisi jurnalistləri təhqir etdi-


13-04-2018, 17:41.
title}
Bakıda yol polisi jurnalistləri təhqir etdi-


Azərbaycanda rüşvət alarkən görüntülənən yol polis əməkdaşı jurnalisti təhqir edib.

Yasamal rayonu ərazisində yol polisi əməkdaşı sürücüdən rüşvət alarkən jurnalistin kamerasına tuş gəlib. Hadisə Füzuli meydanının yaxınlığında baş verib.

Dövlət Yol Polisi əməkdaşının sürücüdən rüşvət tələb etməsi İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili tərəfindən lentə alınıb.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Fərzəliyev Kənan Nizami oğlu sürücüdən qanunsuz olaraq pul tələb edib. Hadisəni görən jurnalist görüntüləri lentə almağa çalışsa da, yol polisi əməkdaşı jurnalistə qarşı kobud davranışlar nümayiş etdirib.

T.Allahverdili Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanununu polis əməkdaşının diqqətinə çatdırmasına baxmayaraq, o, buna məhəl qoymayıb. Jurnalistə güc tətbiq edən polis əməkdaşı, inspektor K.Fərzəliyev jurnalistin bunu çəkməsinin və informasiya almasının qanunsuz olduğunu bildirib. K.Fərəzliyev jurnalistlərin belə anda informasiya almaq hüququnun olmadığını vurğulayıb.

K.Fərzəliyev, eyni zamanda, Azərbaycanın bütün jurnalistlərini alçaldaraq sərt şəkildə təhqir edib.

Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq, DİN-in "102" Qaynar xəttinə şikayətlə müraciət olunub.

Bakıda yol polisi jurnalistləri təhqir etdi-

Bakıda yol polisi jurnalistləri təhqir etdi-

Geri qayıt