Əsas Səhifə > Xəbər / Son Dəqiqə > NRYTN-in kollegiyasının yeni tərkibi təsdiqlənib

NRYTN-in kollegiyasının yeni tərkibi təsdiqlənib


16-04-2018, 18:27.
title}
NRYTN-in kollegiyasının yeni tərkibi təsdiqlənib


Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərar verib.



AFN Nazirlər Kabinetinin saytına istinadən məlumat verir ki, qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təyin edilib.


Aşağıdakılar isə kollegiyanın üzvləri təyin ediliblər :

Abdullayev Əli İzzət oğlu
-Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Vəlizadə Elmir Tofiq oğlu
- Nəqliyyat,rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu
- Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Seyidov Mirsənani Mirsaleh oğlu
- Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri

Qəribov Adil Abdulxalıq oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları
Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru

Həsənov Həbib Namiq oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi

Fərmanov Faiq Azər oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru

Əliyev Azər Rövşən oğlu
-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti
şöbəsinin müdiri

Hacıyeva Sevinc Məmməd qızı
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri

Paşayev Suat Sabir oğlu
- Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud
Məsuliyyətli Cəmiyyətinin baş direktoru

Əsədov Elnar Tahir oğlu
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama
Mərkəzinin direktoru
Geri qayıt