AFN.AZ / Bu yol bağlanır

Bu yol bağlanır

Bu yol bağlanır


“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.



AFN xəbər verir ki, bununla bağlı BNA və AAYDA birgə məlumat yayıb. Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq 26 aprel tarixində gecə saatlarında Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (26-27 aprel) qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə açıq olacaq.
25-04-2018, 19:29
Geri qayıt