Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə > Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib

Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib


16-05-2018, 10:00.
title}
Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə virtualaz.org-a özəl mənbələrdən məlum olub.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.

Onu da qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavin var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.
Geri qayıt