AFN.AZ / Rəhbər işçilər “Günay Sığorta”nı tərk edir:

Rəhbər işçilər “Günay Sığorta”nı tərk edir:

Rəhbər işçilər “Günay Sığorta”nı tərk edir:


“Günay Sığorta” şirkətinin rəhbərliyində edilən dəyişikliklər şirkətdə vəziyyəti dəyişib.

Tia.az-ın əldə etdiyi məlumata görə, əvvəllər şirkətin İdarə Heyətinin sədri olmuş Həsən Bədəlov, Satış üzrə icraçı direktor, Satış Blokunun rəhbəri Əlihüseyn Qasımov, Biznesin inkişafı blokunun rəhbəri Vüqar İbrahimovdon sonra da şirkətdən ayrılmalar davam edir.

Növbəti dəfə isə Satış Bloku rəhbərinin müavini vəzifəsini icra etmiş Tural Poladov və zərərlərin qiymətləndirilməsi şöbəsinin rəhbəri Əmirxan Səlimov sığorta şirkətindən uzaqlaşıb. T.Poladov məsələ ilə bağlı açıqlamasında özünün və digər rəhbər işçilərin şirkətdən ayrılmasına səbəb olaraq “Günay Sığorta”nın düzgün strategiya qura bilməməsi ilə əlaqələndirib: “Ona görə də bir ayda 30-a yaxın işçi şirkəti tərk edib”.

“Günay Sığorta”dan isə məsələ ilə bağlı mediaya verilən rəsmi açıqlamada bildirilib ki, şirkətində gələcək inkişaf və ölkənin maliyyə bazarında aparıcı mövqe tutması üçün kadr dəyişiklikləri edilib. Şirkət sığorta sektorunda təcrübəsi olan peşəkar komanda tərəfindən idarə ediləcək: “Günay Sığorta işçinin öhdəliklərini, üzərində işlədiyi hər hansı layihəni yüksək səviyyədə icra etməsi üçün ona səlahiyyətləri çərçivəsində azadlıq verir. Hər bir işçinin karyera və peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Ona görə də hal hazırda Günay Sığortada 15 ildən çox fəaliyyət göstərən sadiq əməkdaşlar vardır”.
17-05-2018, 12:31
Geri qayıt