Əsas Səhifə > Xəbər / Manşet / Üst manşet / Son Dəqiqə > Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur


11-06-2018, 18:51.
title}
Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur


Bakıda fəaliyyət göstərən “Mona Liza”, “Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər.

Məlumatlı mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir. Kimin və necə gətirməsi barədə məlumat verən mənbənin sözlərinə görə, bu işdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun xüsusi xidmətləri var: “Həmin restoranlar BDU-nun rektoru Abel Məhərrəmovundur. İspaniyadakı səfir də onun oğludur. Yəni, o restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir. Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”.

O da bəlli olub ki, elə şərab göndərilməsi ilə əlaqədar bir müddət əvvəl Anar Məhərrəmovun Azərbaycan gömrükçüləri ilə problemi yaşanıb. Bundan sonra göndərişlər üçün yaxın adamlarından istifadə olunub.

“Şərablar diplomatik möhür altında gətirilir. Bir müddət əvvəl onun yaxın adamlarından biri İspaniyadan Bakıya xeyli sayda şərab gətirəndə yolda butılkaların bir neçəsi sınıb. Onları da səfirin işçilərindən biri qablaşdırıbmış. O hadisədən az sonra başqa bir məsələni bəhanə gətirərək, həmin işçini çıxarıb”, – başqa bir mənbə bildirib.

Qablaşdırmada “xətaya” yol vermiş işçinin, həmçinin səfirin həmin vaxt şərabları gətirən yaxınının kim olması da məlumdur. Bu və başqa məsələlərlə bağlı dəqiqləşmələrdən sonra səfirin ailə biznesinə şərab töhfəsi barədə detallı bilgiləri çatdıracağıq.

Bir müddət öncə Azərbaycanın Avstraliyadakı səfirliyindəki tütün biznesi çoxlarının yadındadır. Səfir öz statusundan istifadə edərək, güzəştli qiymətlərlə tütün məhsulları alır, sonra da onların satışı həyata keçirilirmiş.(istiqlal.az)
Geri qayıt