AFN.AZ / İmişlidə çaydan Azərbaycan vətəndaşlarına məxsus 57 pasport tapıldı

İmişlidə çaydan Azərbaycan vətəndaşlarına məxsus 57 pasport tapıldı

İmişlidə çaydan Azərbaycan vətəndaşlarına məxsus 57 pasport tapıldı


İmişlidə çaydan çoxlu sayda ümumvətəndaş pasportu tapılıb.

APA-nın məlumatına görə, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar.

Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportu aşkar edilib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
14-06-2018, 12:30
Geri qayıt