Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə > Gəncədə 10 saylı orta məktəbdə direktorla katibə əlbəyaxa dava ediblər

Gəncədə 10 saylı orta məktəbdə direktorla katibə əlbəyaxa dava ediblər


10-07-2018, 16:18.
title}
Gəncədə 10 saylı orta məktəbdə direktorla katibə əlbəyaxa dava ediblər


Gəncə şəhərində yerləşən 10 saylı orta məktəbdə direktorla katibə əlbəyaxa dava edib.

Bu barədə AFN-ə göndərdiyi elektron məktubda məktəbin bir qrup müəllimi adından yazdığını qeyd edən Aynur Qulaməli qızı Əhmədova bildirib. Onun sözlərinə görə, məktəbin direktoru Arzu Əliyeva bir neçə gün əvvəl məzuniyyətdə ola-ola məktəbə gəlib və katibəsi Təhminə xanımla dava edib: "Davaya səbəb 65 yaşının tamam olması ilə əlaqədar olaraq pensiyaya gedən müəllimənin əmək kitabçasının katibə tərəfindən həmin müəlliməyə təqdim olunması olub. Direktor ona irad tutub ki, əmək kitabçasını niyə veribsən? Katibə isə bildirib ki, əmək kitabçasının verilməsini özü deyib. Direktor katibəni küçə söyüşləri ilə təhqir edib və ona hücum edərək saçına əl ataraq paltarlarını cırıb. Bundan sonra məzuniyyətdə olmalarına baxmayaraq, Ülviyyə və Hicran müəllimə gəlib. Onlardan birincisi təşkilatçı vəzifəsində işləyir, digəri isə ibtidai sinif müəlliməsidir, məktəbdə direktorun pul yığanı kimi fəaliyyət göstərir. Onlar katibədən ərizəsini yazıb işdən çıxmağını tələb ediblər. Katibə bunu etməyəcəyini dedikdə üçü də birləşərək onu döyüblər. Hadisəyə polis qarışıb və yalnız bundan sonra məktəbdə sakitlik yaratmaq mümkün olub".

Məktub müəllifi qeyd edir ki, A.Əliyevanın həyat yoldaşı Qəzənfər Əliyev Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavinidir: "Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Əliyevanı, həm də onun yoldaşını bu cür özbaşına hərəkətlərinə görə işdən qovmuşdu. Lakin Gəncə ŞİH-in başçısı Elmar Vəliyevin Qəzənfər Əliyevlə yaxınlığı ucbatından yenidən onlar vəzifə başındadırlar. Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də, dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq, direktor vəzifəsinə təyin olunub. Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. O, E.Vəliyevlə yaxınlıqlarından bəhs edərək heç kimdən qorxmadığını dəfələrlə dilə gətirib".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Geri qayıt