AFN.AZ / Muxtar Babayev Caspian European Club-un nümayəndə heyətini qəbul edib

Muxtar Babayev Caspian European Club-un nümayəndə heyətini qəbul edib

Muxtar Babayev Caspian European Club-un nümayəndə heyətini qəbul edib


10 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Caspian European Club-un baş icraçı direktoru Telman Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.



Görüş zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda ekoloji məsələlərdə bağlı yaranacaq sualların, problemlərin və təkliflərin operativ müzakirə olunub həlli yollarının tapılması istiqamətində daimi işçi qrupunun yaradılması barədə razılığa gəlinib.

Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsinin 5000-dən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.

10-07-2018, 17:15
Geri qayıt