Əsas Səhifə > Xəbər / Son Dəqiqə > Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir

Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir


11-07-2018, 13:50.
title}
Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir


“Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir".

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

"Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq", - deyə məlumatda vurğulanıb.

Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir

Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yeri dəyişdirilir

Geri qayıt