Əsas Səhifə > Xəbər / Son Dəqiqə > AXDG QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub

AXDG QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub


12-07-2018, 16:30.
title}
AXDG QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub


Gəmiçiliyin “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir.



Hazırda işlər uğurla davam etdirilir. İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır.

AXDG QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub


Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var ki, buda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərdiyi xidmətlərin çoxşaxəliyinə görə dünyada unikal şirkətlər sırasına daxil edir.
Geri qayıt