AFN.AZ / SOCAR "Novıy potok"un səhmlərinin 50 faizini alacağı ilə bağlı məlumatı təkzib edib

SOCAR "Novıy potok"un səhmlərinin 50 faizini alacağı ilə bağlı məlumatı təkzib edib

SOCAR "Novıy potok"un səhmlərinin 50 faizini alacağı ilə bağlı məlumatı təkzib edib


SOCAR Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı ilə bağlı bəzi KİV-lərdə yer alan məlumata münasibət bildirib.



SOCAR-dan “Report”a bildirilib ki, şirkətin “Novıy potok”un səhmlərini almasi barədə yayilan məlumat əsassızdır.

Qeyd edək ki, bu gün pravdaurfo.ru saytında SOCAR-ın Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı barədə iddia yer alıb.
17-07-2018, 23:15
Geri qayıt