Əsas Səhifə > Xəbər / Son Dəqiqə > "Hacı Mazan” polis tərəfindən saxlanıldı

"Hacı Mazan” polis tərəfindən saxlanıldı


16-08-2018, 14:33.
title}
"Hacı Mazan” polis tərəfindən saxlanıldı


"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov yol polisi tərəfindən saxlanılıb.



AFN yenicag.az-a istinadən xəbər verir ki, bu zaman ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanı diqqət çəkib.

Qeyd edək ki, "Hacı Mazan” dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur. O, daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov bir neçə gün öncə jurnalistə təzyiq göstərməsi ilə diqqət çəkmişdi. Onu da xatırladaq ki, Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qohumudur.

Mia.az xəbər verir ki, Ramazan Zeynalovun oğlu Bayrem Zeynalov Sumqayıt şəhər Yol Polisinin rəisi vəzifəsində çalır. B.Zeynalovun xidməti avtomobilinin nömrəsi 99 YP 444-dür.

"Hacı Mazan” polis tərəfindən saxlanıldı

Geri qayıt