AFN.AZ / "İstanbuldan Masallıya sənət körpüsü " adlı möhtəşəm tədbir keçirlib-

"İstanbuldan Masallıya sənət körpüsü " adlı möhtəşəm tədbir keçirlib-

"İstanbuldan Masallıya sənət körpüsü " adlı möhtəşəm tədbir keçirlib-

Masallı şəhər Nizami parkında “İstanbuldan Masallıya sənət körpüsü” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ordumuzun 100 illiyi, Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakıya dəstəyə gəlməsinin 100-cü ildönümü və bir sıra digər əlamətdar hadisələrə həsr olunub.

Tədbirin açılışında çıxış edən tədbirin təşkilatçılarından “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova ölkəmiz və xalqımız üçün əlamətdar hadisələrlə bağlı çıxış edib və insanlarımız təbrik edib. Dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha da inkişaf etdiyini vurğulayan A.Bağırova bu tədbiri ümummilli lider Heydər Əliyevin" bir millət iki dövlət" fikirlərinə uyğun qardaş Türkiyədən qonaqlarla birlikdə qeyd etməkdən məmnuniyyət duyuruq deyib. Rayon Mədəniyyət Mərkəzinin N.Gəncəvi adına parkında Masallı rayon İcra Hakimiyyəti, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Masallı RİHB-nın, rayon təhsil şöbəsinin məsul işçiləri, Milli Məclisin üzvü Qənirə Paşayeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və başqaları iştirak ediblər. Azərbaycanın Əməkdar artisti Lalə Məmmədova və türkiyəli müğənni Zəfər İşləyənin ifasında səslənən milli ruhlu əsələr tamaşaçılar tərəfindən böyük coşqu və hərarətlə qarşılanıb. Milli əsərlərin ifaçısı kimi tanınan Zəfər İşləyən "biz bir millət iki dövlətik, Azərbaycanı da Türkiyə qədər sevirəm və Azərbaycanın torpaq bütövlüyü üçün canımızı belə verməyə hər zaman hazırıq" deyib. Tədbirin sonunda “Regional Hüquqi və İqtisadi

Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova hər iki sənətçiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib.

14-09-2018, 18:28
Geri qayıt