AFN.AZ / Nursultan Nazarbayev Türküstan əyalətini qurdu

Nursultan Nazarbayev Türküstan əyalətini qurdu

Nursultan Nazarbayev Türküstan əyalətini qurdu


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Cənubi Qazaxıstan əyalətinin adını Türküstan olaraq dəyişdirilməsini və əyalət mərkəzinin Türküstan şəhərinə daşınmasını nəzərdə tutan rəsmi qərar imzalayıb.



Nazarbayev Cənubi Qazaxıstan əyalət mərkəzi Çimkəndə böyük şəhər statusu verilməsi, əyalətin adının Türküstan olaraq dəyişdirilməsi və əyalət mərkəzinin Türküstan şəhərinə daşınmasını nəzərdə tutan “Qazaxıstanın bəzi iznibati və bölgə quruluşu məsələlərinə dair” Qərarı mərasimlə imzaladı. Burada çıxış edən Nazarbayev milyondan artıq əhalisi olan Çimkəndə böyük şəhər statusu verildiyini bildirdi. Nazarbayev çıxışında “Türküstan əyalətinin mərkəzi yüz illər boyunca, Qazaxıstan Xanlığının və bütün Türk dünyasının siyasi və mənəvi həyatının qəlbi olan Türküstan şəhəri olacaq” dedi. Qərarnamənin tarixi önəm daşıdığını vurğulayan Prezident Nazarbayev “Çimkənd sadəcə ölkəmizin deyil, Orta Asiya bölgəsinin investisiya, texnologiya və intellektual qaynaqları üçün yeni mərkəz olacaqdır. Bunun üçün bütün imkanlar və lazım olan potensial vardır” dedi. Qazaxıstan Prezidenti Nazarbayev Çimkəndə böyükşəhərə statusu verilməsinin şəhərin sosial və iqtisadi tarazlığı ilə bölgədəki xalqın həyat səviyyəsinin artırılması üçün davam etdirilə bilən sürət qazandıracağını söylədi.
Artıq 2018-ci ildən etibarən Qazaxıstanın Çimkənd əyaləti adı dəyişdirilərək Türküstan əyaləti olacaqdır.

Qaynaq: Türkçenin Diriliş Hareketi TDH


20-09-2018, 12:40
Geri qayıt