AFN.AZ / Sabirabadda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Sabirabadda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Sabirabadda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib


Oktyabrın 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Sabirabadda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.



Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirzəağa Hümbətov, ilahiyyatçı ekspert Rövşən Nəzərov, Sabirabad Rayon İdman və Gənclər İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon Qarabağ Müharibəsi Veteranları Birliyinin sədri Faiq Hüseynov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dövlət-din münasibətləri və Sabirabad rayonundakı dini mühit haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirlər haqqında məruzə ilə çıxış edib. C.Əliyev xalqımızın sahib olduğu milli-mənəvi dəyərlərin qorunması ilə bağlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər haqqında da iştirakçıları məlumatlandırıb. İcraçı direktorun müavini şəhidlərə olan hörmət və ehtiramın mahiyyətindən də söhbət açıb.

Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam dinindəki yeri haqqında məlumat verib. Ekspert dini maarifləndirmənin xurafat və radikalizmlə mübarizədə vacib rol oynadığını qeyd edib.

Seminar treninqdə Sabirabad Rayon İdman və Gənclər İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon Qarabağ Müharibəsi Veteranları Birliyinin sədri Faiq Hüseynov da çıxış edərək rayonda həyata keçirilən tədbirlər haqqında məlumat veriblər və treninqin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.
9-10-2018, 18:02
Geri qayıt