Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə > Bakı-Sumqayıt yolunda ağır qəza:

Bakı-Sumqayıt yolunda ağır qəza:


10-10-2018, 11:09.
title}
Bakı-Sumqayıt yolunda ağır qəza:


Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılıb.

“Report” bildirir ki, hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır

* * *10:25

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, yüksək sürətlə hərəkətdə olan “Hyundai Sonаta” markalı avtomobilin sürücüsü idarəetməni itirib və dəmir maneələrə çırpılıb.

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.


Geri qayıt