AFN.AZ / "Renessans Palace"dan feysbuk istifadəçisinə maraqlı jest-

"Renessans Palace"dan feysbuk istifadəçisinə maraqlı jest-

"Renessans Palace"dan feysbuk istifadəçisinə maraqlı jest-


"Renessans Palace"ın feysbukdakı səhifəsində maraqlı hal yaşanıb.

AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Paylaşımdan aydın olur ki, sosial şəbəkə istifadəçilərindən biri səhifənin reklamına toxunduğu üçün ona avtomatik mesaj gedib. Yumor hissi güclü olan istifadəçi isə adminlə maraqlı yazışma reallaşdırıb. "Sizin can sağlığınız mənə yetər. Mənə bir Ana şarkısı oxu yetər. Hamınıza salamlar" yazan istifadəçinin istəyini şirkət nümayəndəsi cavabsız qoymayıb. Belə ki, "Renessans Palace"ın feysbuk səhifəsinin admini ölməz sənətkarımız Rəşid Behbudovun ifasında "Ana" mahnısını səhifə izləyicisinə hədiyyə edib.
Qeyd edək ki, izləyici ilə admin arasında baş tutan maraqlı dialoqun fotosu da paylaşılıb, həmin fotonu təqdim edirik.

"Renessans Palace"dan feysbuk istifadəçisinə maraqlı jest-
10-10-2018, 18:02
Geri qayıt