AFN.AZ / Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır

Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır

Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır


Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

AFN Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini - MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıb.

Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib.

Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır

Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır

Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır
11-10-2018, 15:49
Geri qayıt